Şirkətimizin Keyfiyyət Siyasəti uyğunluğun qiymətləndirilməsi və sertifikatlaşdırma fəaliyyətlərinin müvafiq beynəlxalq standartların, qanunvericiliyin və tətbiq olunan normativ sənədlərin tələblərinə uyğun, qərəzsiz və kompetent şəkildə həyata keçirilməsinə əsaslanır.
Şirkət olaraq fəaliyyətimizdə müştərilərin və digər maraqlı tərəflərin etimadının qorunmasını, sertifikatlaşdırma proseslərinin obyektivliyini, məlumatların məxfiliyini, personalın kompetentliyini və idarəetmə sisteminin davamlı təkmilləşdirilməsini əsas prioritetlərimiz hesab edirik.
Keyfiyyət siyasətimizin əsas prinsipləri qərəzsizliyin qorunması, maraqların toqquşması risklərinin idarə edilməsi, kompetent personalın təmin edilməsi, sertifikatlaşdırma qərarlarının obyektiv sübutlara əsaslanması, məxfiliyin qorunması və fəaliyyətimizin davamlı təkmilləşdirilməsidir.