Məhsulların (malların) və xidmətlərin sertifikatlaşdırılması

Şirkətimiz müxtəlif sektorlar üzrə məhsul və xidmətlərin müəyyən edilmiş standartlara, texniki reqlamentlərə, normativ sənədlərə və digər tətbiq olunan tələblərə uyğunluğunun qiymətləndirilməsi və sertifikatlaşdırılmasını həyata keçirir.

Sertifikatlaşdırma prosesi müvafiq sertifikatlaşdırma sxeminə əsasən məhsulun xüsusiyyətlərinin və ya xidmətin göstərilmə prosesinin qiymətləndirilməsini, zəruri hallarda sınaqların, istehsal prosesinin və tələb olunan resursların qiymətləndirilməsini, əldə edilmiş nəticələrin təhlilini və uyğunluq barədə qərarın qəbul edilməsini əhatə edir.

Məhsul və xidmətlərin sertifikatlaşdırılması onların müəyyən edilmiş tələblərə uyğunluğunun obyektiv və müstəqil şəkildə təsdiqlənməsinə, müştəri etimadının artırılmasına və təşkilatın bazarda etibarlı mövqeyinin gücləndirilməsinə xidmət edir.

Sektorlar

Sertifikatlaşdırdığımız sektorlar

Kənd təsərrüfatı

Kənd təsərrüfatı

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində arpa, paxlalılar, yağlı bitkilər, tərəvəz və meyvələr, üzüm, qoz-fındıq, pambıq, ədviyyatlar, çiy süd, yumurta, bal və digər kənd təsərrüfatı məhsullarının müvafiq standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Qida və içkilər

Qida və içkilər

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində ət və ət məhsulları, balıq məhsulları, süd və süd məhsulları, yağlar, un və çörək məmulatları, qənnadı məhsulları, konservlər, şirələr, hazır qidalar, mineral sular, alkoqolsuz və digər içkilərin müvafiq standartlarının tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Tekstil və geyim

Tekstil və geyim

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində pambıq ipliyi və parçalar, trikotaj və toxuculuq məhsulları, yataq ağları, xalça və döşəmə örtükləri, iş və peşə geyimləri daxil olmaqla müxtəlif tekstil və geyim məhsullarını müvafiq standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Neft-qaz və kimya

Neft-qaz və kimya

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində təbii qaz, neft və neft emalı məhsulları, kimyəvi maddələr və digər əlaqəli məhsulları müvafiq standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Tikinti materialları

Tikinti materialları

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində mərmər, qranit, qumdaşı, əhəngdaşı, gips, dolomit, təbii qum, çınqıl, qırma daş və digər tikinti materiallarının müvafiq standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Rezin və plastik

Rezin və plastik

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində müxtəlif təyinatlı rezin və plastik məmulatların müvafiq normativ standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Metallurgiya və metal məhsulları

Metallurgiya və metal məhsulları

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində dəmir-polad, metal profillər, borular, metal konstruksiyalar, məftil və digər metal məmulatları müvafiq normativ standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Elektronika və rabitə

Elektronika və rabitə

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində elektron avadanlıqlar, rabitə vasitələri, radio və telekommunikasiya avadanlıqları, audio-video cihazları, ölçmə və nəzarət cihazları, optik və digər elektron məhsulları normativ standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Elektrik avadanlıqları

Elektrik avadanlıqları

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində elektrik mühərrikləri, generatorlar, transformatorlar, elektrik paylayıcı və idarəetmə avadanlıqları, kabel və naqillər, işıqlandırma vasitələri, məişət elektrik cihazları və digər elektrik avadanlıqlarının müvafiq standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Maşın və avadanlıqlar

Maşın və avadanlıqlar

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində nasoslar, kompressorlar, qaldırıcı və yükləyici avadanlıqlar, müxtəlif istehsal və sənaye maşınları, mexaniki qurğular, onların hissə və komponentləri müvafiq standartların tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Avtomobil və nəqliyyat

Avtomobil və nəqliyyat

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində avtomobillər, müxtəlif təyinatlı nəqliyyat vasitələri, onların hissə, detal və komponentlərinin akkreditasiya sahəsində müəyyən edilmiş müvafiq standart və normativ sənədlərin tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Mebel və digər sənaye məhsulları

Mebel və digər sənaye məhsulları

Şirkətimiz akkreditasiya sahəsi çərçivəsində müxtəlif təyinatlı mebel və akkreditasiya sahəsinə daxil olan digər sənaye məhsullarının müvafiq standart və normativ sənədlərin tələblərinə uyğunluğunun sertifikatlaşdırılmasını həyata keçirir.

Minik və yüngül yük avtonəqliyyat vasitələrinin elektrik sisteminin, şin və gövdələrin təmiri üzrə xidmətlər istisna olmaqla, adi texniki qulluq və təmir üzrə xidmətlər

Minik və yüngül yük avtonəqliyyat vasitələrinin elektrik sisteminin, şin və gövdələrin təmiri üzrə xidmətlər istisna olmaqla, adi texniki qulluq və təmir üzrə xidmətlər

Şirkətimiz AZS СТБ 1175-2013 standartı üzrə minik və yüngül yük avtonəqliyyat vasitələrinin elektrik sisteminin, şin və gövdələrin təmiri istisna olmaqla, adi texniki qulluq və təmir xidmətlərinin sertifikatlaşdırılmasını həyata keçirir. Sertifikatlaşdırma xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğunun obyektiv qiymətləndirilməsinə, xidmət keyfiyyətinə etimadın artırılmasına və müəssisənin müştərilər qarşısında etibarlılığının nümayiş etdirilməsinə xidmət edir.

Gündəlik təmizlik işləri təmin edilməklə mehmanxana və mehmanxana tipli obyektlərin müvəqqəti yerləşdirmə xidmətləri (taymşerlərdən başqa)

Gündəlik təmizlik işləri təmin edilməklə mehmanxana və mehmanxana tipli obyektlərin müvəqqəti yerləşdirmə xidmətləri (taymşerlərdən başqa)

Şirkətimiz AZS 906-2022, AZS 294-2008 və ГОСТ Р 51870-2014 standartları əsasında gündəlik təmizlik işləri təmin edilən mehmanxana və mehmanxana tipli obyektlərin müvəqqəti yerləşdirmə xidmətlərinin (taymşerlər istisna olmaqla) sertifikatlaşdırılmasını həyata keçirir. Sertifikatlaşdırma xidmət keyfiyyətinin və müəyyən edilmiş tələblərə uyğunluğun obyektiv qiymətləndirilməsinə, qonaq məmnuniyyətinin və xidmətə olan etimadın gücləndirilməsinə xidmət edir.

Qidalanmanın təmin edilməsi üzrə tam restoran xidmətləri

Qidalanmanın təmin edilməsi üzrə tam restoran xidmətləri

Şirkətimiz AZS 804-2015, ГОСТ 30389-2013 və AZS 746-2012 standartları əsasında qidalanmanın təmin edilməsi üzrə tam restoran xidmətlərinin sertifikatlaşdırılmasını həyata keçirir. Sertifikatlaşdırma restoran xidmətlərinin müəyyən edilmiş tələblərə uyğunluğunun obyektiv qiymətləndirilməsinə, xidmət keyfiyyətinə etimadın artırılmasına və müəssisənin müştərilər və biznes tərəfdaşları qarşısında etibarlılığının gücləndirilməsinə xidmət edir.

Yeməkxanaların xidmətləri

Yeməkxanaların xidmətləri

Şirkətimiz ГОСТ 30389-2013 və AZS 804-2015 standartları əsasında yeməkxana xidmətlərinin sertifikatlaşdırılmasını həyata keçirir. Sertifikatlaşdırma xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğunun obyektiv qiymətləndirilməsinə, xidmət keyfiyyətinin və istehlakçı etimadının gücləndirilməsinə xidmət edir.

Binaların əsaslı təmizlənməsi və yığışdırılması üzrə digər xidmətlər

Binaların əsaslı təmizlənməsi və yığışdırılması üzrə digər xidmətlər

Şirkətimiz ГОСТ Р 51870-2014 standartı əsasında binaların əsaslı təmizlənməsi və yığışdırılması üzrə xidmətlərin sertifikatlaşdırılmasını həyata keçirir. Sertifikatlaşdırma xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğunun obyektiv qiymətləndirilməsinə, xidmət keyfiyyətinin təsdiqlənməsinə və müştəri etimadının gücləndirilməsinə xidmət edir.

Azərbaycan Akkreditasiya Mərkəzinin attestatları

AZ 03.0036.02.23 TAAZ 02.0080.02.23 TA

Niyə biz

Bizi seçməyin 3 səbəbi.

Tenderlərdə tələb olunan sertifikatları akkreditasiya olunmuş sertifikatlaşdırma çərçivəsində təqdim edirik.

  1. Texniki reqlamentlərə uyğunluq

    Uyğunluq bəyannamələrinin hazırlanması prosesində məhsul və təqdim olunan sənədlər üzrə Texniki reqlament tələblərinin düzgün əks etdirilməsinə dəstək göstəririk.

  2. Sertifikatınız dövlət portalında qeydiyyata alınır

    Verdiyimiz sertifikatları Dövlətin e-Keyfiyyət portalında qeydiyyatdan keçirərək onların rəsmi sistemdə əks olunmasını və yoxlanıla bilməsini təmin edirik.

  3. QR kodla yoxlanılan sertifikat

    Sertifikat üzərindəki QR kodu oxutmaqla hər kəs dövlət portalındakı qeydiyyata birbaşa keçərək sertifikat məlumatlarını yoxlaya və doğruluğunu təsdiqləyə bilər.

Suallar

Sual-cavab.

Texniki reqlamentlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi sertifikatlaşdırma və uyğunluq bəyannaməsinin tərtibi üsulu ilə həyata keçirilir.